“Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.
Debit.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş meyarlarda ümumi müddəalar, mehmanxanaların ulduz təsnifatı, ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları, ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası detallı şəkildə əksini tapır.
Mehmanxanaların ulduz dərəcələrinin bölgüsü cədvəlini təqdim edirik:
Ulduz dərəcəsinin işarəsi | Ümumi təəssürat |
1* | Nömrə fondunun və digər zonaların işlək və təhlükəsiz vəziyyətdə olan avadanlıqlar və mebel ilə təchiz edildiyi, gündəlik təmizliyin təmin edildiyi aşağı büdcəli mehmanxana; |
2* | 1* dərəcəsini təsvir edən tələblər ilə bərabər səhər yeməyinin çeşidli şəkildə təqdim edildiyi aşağı büdcəli mehmanxana; |
3* | 2* dərəcəsini təsvir edən tələblər ilə bərabər keyfiyyətli mebel və avadanlıqların olduğu və komfortun təmin edildiyi mehmanxana; |
4* | 3* dərəcəsini təsvir edən tələblər ilə bərabər, ən azı 3-dən çox müxtəlif növ xidmətlərin və komfortun təmin edildiyi mehmanxana; |
5* | 4* dərəcəsini təsvir edən tələblər ilə bərabər, dəbdəbəli dizayn və təchizata malik olan və komfortun təmin edildiyi mehmanxana. |
Ulduzdərəcəsininişarəsi | Məcburimeyarların(M) sayı | Minimalbal tələbi | Superiordərəcəsi üzrəbal tələbi |
1* | 51 | 95 | 180 |
2* | 58 | 180 | 270 |
3* | 80 | 270 | 410 |
4* | 97 | 410 | 610 |
5* | 118 | 610 | 710 |