25 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2092024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Debit.az BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 9359,2700 (9.78%) manat və 9395,5822 (9,19%) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 010 000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9359,2700 (9,78%) manat, orta ölçülmüş qiyməti isə 9381,1870 (9,42%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 000 000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 01.02.2024-cü ildir.