İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, fondun xətti ilə indiyədək 44 min 561 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 615 milyon 284 min 041 manat təşkil edib.