Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
Debit.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 35,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.