“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Günay Bank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib.
Bu barədə Debit.az Bakı Fond Birjasına istinadən məlumat verir.
Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.