23 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040133 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 86,4511 (14%) manat və 98,7100 (6,6999%) manat olan 45 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97,6209 (7,3%) manat, orta ölçülmüş qiyməti isə 97,8210 (7,1891%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 133 661 200 manat, yerləşdirilmiş həcmi isə 45 000 000 manat təşkil edilmişdir.
Hərrac iştirakçıları 24 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 20 may 2025-ci ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.