“Meta” şirkətinin rəhbəri Mark Zulerberqin sərvəti artıb.
“Bloomberg”in məlumatına görə, 2023-cü ildə Zukerberq sərvətinin 44,3 milyard dollar artırıb və ilin əvvəlindən sərvət artımına görə dünyanın ən varlı adamları sırasında liderdir.
“Bloomberg Billionaires Index” reytinqində Zukerberqin aktivlərinin dəyəri 89,9 milyard dollar qiymətləndirilir və o, dünyanın ən varlı adamları siyahısında 12-ci yerdədir.
2022-ci ildə “Meta” platformasına yatırılan investisiyalar Mark Zukerberqin kapitalının 100 milyard dollar azalmasına səbəb olmuşdu.