2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Debit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Gələnlərin 31,7% Rusiya Federasiyası, 20,9 %-i Türkiyə, 8,4 %-i İran, 5,5 %-i Gürcüstan, 5,0 %-i Hindistan, 2,3 %-i Pakistan, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,0 %-i Qazaxıstan, 1,8 %-i Özbəkistan, 1,7 %-i Səudiyyə Ərəbistanı, hər birindən 1,6 %-i olmaqla Ukrayna və Belarus, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 12,8 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 75,8 %-ni kişilər, 24,2 %-ni isə qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,3 dəfə, Hindistandan – 4,2 dəfə, Türkmənistandan – 3,8 dəfə, Özbəkistandan – 3,3 dəfə, Belarusdan – 3,3 dəfə, Qazaxıstandan – 2,1 dəfə, Pakistandan – 1,9 dəfə, Rusiya Federasiyasından – 1,9 dəfə, Böyük Britaniyadan – 1,9 dəfə, Niderlanddan – 1,9 dəfə, İsraildən – 1,8 dəfə, ABŞ-dan – 1,7 dəfə, Omandan – 1,6 dəfə, Küveytdən – 48,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 44,5 %, Gürcüstandan – 43,8 %, Türkiyədən – 31 % faiz artıb.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 213,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 27,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,0 % artaraq 76,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 33,7 %- dəmir yolu və avtomobil, 64,8 %-i hava, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,2 % artaraq 493,1 min nəfər olub.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 %, Türkiyəyə gedənlərin sayı 5,5 % artıb, İrana gedənlərin sayı isə 26,5 % azalıb.
Ölkə vətəndaşlarının 38,9 %-i Türkiyəyə, 24,1 %-i Rusiya Federasiyasına, 9,4 %-i Gürcüstana, 7,8 %-i İrana, 19,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 69,6 %-ni kişilər, 30,4 %-ni qadınlar təşkil edib.
2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,5 %-i dəmir yolu və avtomobil, 67,8 %-i hava, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.