Rusiyanın avtomobil istehsalçısı “AvtoVaz” yeni “Lada Vesta NG” modelinin təqdimatına hazırlaşır.
“Lada Vesta NG”nin istehsalına martın 3-də Tolyattidə başlanılıb. Yeni model sedan, universal SW və kross-universal SW Cross kuza tiplərində təklif olunacaq.
Baza komplektasiyalı “Lada Vesta NG” 90 at gücünə malik 1,6 litrlik mühərrik və mexaniki transmissiya ilə təchiz olunacaq.
Avtomobilin satışı may ayının sonunda başlayacaq.
Yeni modelin baza komplektasiyalı variantının müştərilərə 1 680 000 rubla (təxminən 15 800 ABŞ dolları) təklif olunacağı gözlənilir. “AvtoVaz” isə hələki dəqiq qiyməti açıqlamayıb.