“YouTube” smart televizorlarda istifadəçilər tərəfindən dayandırılması mümkün olmayan reklam çarxları göstərəcək.
Şirkət bunu reklamverənlərin daha uzun tanıtım videoları göstərməyə üstünlük verməsi ilə izah edib.
Yeni format hazırda mövcud olan, videoçarxın başlamasından əvvəl 15 saniyəlik 2 promo videonun nümayişini tamamilə əvəz edəcək.
30 saniyəlik reklam çarxları əvvəlcə ABŞ-da, daha sonra isə digər ölkələrdə tətbiq olunacaq.
Videoları reklamsız izləmək istəyən istifadəçilərin “YouTube Premium”a abunə olması lazım gələcək.
Əlavə olaraq, “YouTube” fasilə zamanı çərçivələrin kənarında banner reklamları da göstərəcək.