Çin avtomobil ixracında Yaponiyanı geridə qoyub.
Ötən həftə dərc olunmuş statistik göstəricilərə görə, 2023-cü ilin 1-ci rübü ərzində 1,07 milyon ədəd avtomobil ixrac edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur.
Yaponiyada isə bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 6%-lik artımla 984 185 ədəd təşkil edib.
Rusiya bazarında artan tələbat və dünya bazarında elektrik avtomobillərinə tələbin yüksək olması Çinin ixracının artmasına səbəb olub.
Elektrikli nəqliyyat vasitələri də daxil olmaqla, yeni enerji növü ilə işləyən nəqliyyat vasitələrinin ixracı 1-ci rübdə 2022-ci ilin analoji dövrü ilə müqayisədə 90%-dən çox artıb.
Avtomobil ixracının əsas hissəsi “Tesla”nın Çin bölməsi, “SAIC” və “BYD” şirkətlərinin payına düşür.