Rusiyada “İKEA”nı ərəb şəbəkəsi “Home Box” əvəz edə bilər.
Yaxın Şərqin Ticarət Mərkəzləri İttifaqının məlumatına görə, şirkət hazırda investorlarla aktiv şəkildə danışıqlar aparır. Şəbəkənin ilk mağazası bu ilin sonu açıla bilər.
Qarşıdakı beş ildə şirkət böyük şəhərlərdə 20 satış nöqtəsini istifadəyə verməyi hədəfləyir. Mağazaların hər biri təxminən 2,5 milyon dollar investisiya tələb edəcək ümumi sərmayənin həcmi 50 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, “İKEA” Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya bazarını tərk edən şirkətlərdən biridir.