Bu ilin birinci rübü ərzində bir sıra dövlət qurumlarının əməkdaşları və vətəndaşlar kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevriliblər.
Debit.az xəbər verir ki, bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, 10 dövlət qurumundan ümumilikdə 101 dövlət qulluqçusu haker hücumlarının qurbanı olub.

Məlumatda, həmçinin bildirilib ki, bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevriliblər.
Belə vətəndaşların ümumi statistikası haqqında xidmətdə məlumat olmasa da, haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikasını müəyyən etmək mümkün olmuşdur.
Belə ki, birinci rüb ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət qurumlarının elektron xidmətlərinə aid hesabların sayı aşağıdakı kimidir:
