2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1 938 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Iqtisadiyyat Nazirliyi Yanında Dхövlət Vergi Xidmətinin məlumatına görə, bunların 87,6 %-i fiziki, 12,4%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.
Cari ilin birinci rübündə kommersiya qurumlarının 52%-i elektron qaydada, 48%-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.