2023-cü ilin yanvar-aprel aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1961,5 milyon manat təşkil edib ki, onun da 1796,2 milyon manatı heyvandarlıq, 165,3 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı heyvandarlıq məhsulları üzrə 3,5 %, bitkiçilik məhsulları üzrə 3,2 % olmaqla, 3,5 % artıb.