Cari ili yanvar-aprel aylarında gömrükdən büdcəyə 2 milyard 46 milyon 681,4 min manat vəsait daxil olub.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, büdcəyə daxilomaların 496,5 milyon manatını gömrük rüsumları, 1 milyard 470,7 milyon manatını ƏDV, 62,3 milyon manatını aksizlər, 17,03 milyon manatını isə yol vergisi üzrə yığımlar təşkil edib.
Cari ilin ilk dörd ayında gömrükdən büdcəyə daxilomalar ötən ilin eyni dövrü ilə müqayisədə 24,68% artıb.