2023-cü ilin birinci rübü ərzində Azərbaycan 17,9 min yeni iş yerləri açılıb.
Dövlət Statistika Komitəsinin hesabatına görə, bu dövrdə yaradılmış iş yerlərinin 90,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Yeni açılmış iş yerlərinin 81,9% Bakı şəhərinin, 0,8% Naxçıvan Muxtar Respublikasının, 17,3% digər regionların, o cümlədən 4,5% Abşeron-Xızı, 2,5% Quba-Xaçmaz, 2,0% Mərkəzi Aran, 1,7% Gəncə-Daşkəsən, 1,5% Şəki-Zaqatala, 1,1 % Şirvan-Salyan, 1,0 % Qazax-Tovuz, 0,8% Qarabağ, 0,8% Lənkəran-Astara, 0,7% Mil-Muğan, 0,4% Dağlıq Şirvan, 0,3% isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
İş yerlərinin 9,2% yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,0% mövcud müəssisə və təşkilatlarda, 0,4% fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4% isə digər tədbirlər üzrə yaradılıb.
Bununla yanaşı, 2023-cü ilin birinci rübü ərzində ölkədə 4,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 46,3% qeyri-dövlət sektorunun payına düşüb.
İş yerlərinin 58,0 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.