Bu ilin yanvar-aprel ayları ərzində ölkəyə 123 min 989,84 ABŞ dolları dəyərində 409,03 min ton buğda idxal edilib.
Debit.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 17,8%, həcmi isə 32,8% artıb.
Qeyd edək ki, bu ilin ilk dörd ayı ərzində buğda idxalı ölkənin ümumi idxalının 2,34%-ni təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,27% azdır.