Almaniya Rusiyanın 5,23 milyard avro dəyərində aktivlərini dondurub.
Debit.az xəbər verir ki, bu barədə Almaniyanın maliyyə nazirliyini məlumat yayıb.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı ölkələri Rusiya Federasiyası Mərkəzi Bankının ümumilikdə 300 milyard aktivini dondurublar. Həmçinin rusiyalı iş adamları da sanksiyalara məruz qalıb. Biznesmenlər 20 milyard avroya nəzarəti itirib.