ABŞ-da xammalın kommersiya ehtiyatları ilə bağlı məlumatların açıqlanmasından sonra dünya bazarında neft qiymətləri düşüb.
Şimal dənizində hasil olunan “Brent” markalı neftin iyul fyuçersləri 0,39 % ucuzlaşaraq 1 bareli 76,66 ABŞ dollarına satılıb. “WTI” markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,41 % düşüb və 1 bareli 72,55 ABŞ dolları təşkil edib.
ABŞ-ın Energetika Nazirliyinin hesabatına görə, mayın 12-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları 5 milyon barel artıb. Analitiklər isə ehtiyatların 0,9 milyon barel azalacağını güman edirdilər.