Cari ilin yanvar-aprel aylarında Azərbaycana 433 milyon 146 min 850 ABŞ dolları dəyərində 29 min 855 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub.
Debit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari yanvar-aprel aylarında idxal olunan avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% çoxdur.
İdxal olunan avtomobillərin ümumi dəyəri məbləğ ifadəsi ilə ötən ilin eyni dövrü ilə müqayisədə 47,4% çoxdur.