Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin dəyəri 17 milyard 883 milyon ABŞ dolları təşkil edib.
Debit.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon 813 min ABŞ dolları ixracın (70,37%), 5 milyard 297 milyon 861 min ABŞ dolları isə ixracın (29,63%) payına düşüb. Nəticədə xarici ticarət dövriyyəsində yaranmış müsbət saldo 7 milyard 286 milyon 951 min ABŞ dolları təşkil edib.
2023-cü ilin Aprel ayında ixracın dəyəri 4 milyard 843 milyon 484 min ABŞ dolları təşkil edib ki, bu da cari ilin Mart ayı ilə müqayisədə 50,36% çoxdur.