Dünya bazarında neftin qiyməti artıb.
Debit.az xəbər verir ki, “Brent” markalı neftin iyul füçersləri 0,45 % bahalaşaraq 75,56 ABŞ dollarına satılıb.
“WTI” neftinin iyun füçerslərinin qiyməti isə 0,44 % artaraq 1 bareli 71,42 ABŞ dolları təşkil edib.
“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,14 ABŞ dolları, yaxud 0,18 % artaraq 78,18 ABŞ dolları təşkil edib.