“Vice” və “Motherboard” internet saytlarının sahibi “Vice Media Group” şirkəti ABŞ-da özünü müflis elan edib.
“BBC”nin məlumatına görə, bir vaxtlar 5,7 milyard dollar (4,5 milyard funt sterlinq) dəyərində olan şirkət kreditorlar tərəfindən 225 milyon dollara əldə edilə bilər.
Gənclərə yönəlik rəqəmsal nəşriyyat evi müflis olma prosesi zamanı fəaliyyətini davam etdirəcəyini bildirib.
1994-cü ildə Şeyn Smit, Hevin Makinnes və Suruş Alvi tərəfindən Monreal yaradılmış “Vice” hazırda 30-dan çox ölkədə fəaliyyət göstərir.
“Vice Media Group”un investorları sırasında “Fortress Investment Group”, “Monroe Capital” və milyarder Corc Soros tərəfindən yaradılmış “Soros Fund Management” şirkəti də var.
Kreditorlar müflisləşmə prosesində şirkəti dəstəkləmək üçün 20 milyon dollar maliyyə vəsaiti ayırmağa razılıq veriblər. Bu müddət ərzində digər “Vice Media Group” digər şirkətlərdən daha yaxşı maliyyəşəlmə təklifi almadığı təqdirdə şirkət kreditorlar tərəfindən 225 milyon dollara satın alınacaq.