Sənaye zonalarında indiyədək ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib, bunun 3,1 milyard manatlıq hissəsi ixrac olunub.
Debit.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında məlumat verib.
Nazir bildirib ki, cari ilin 1-ci rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 13 faiz çoxdur.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 55-dən çox ölkəsinə ixrac edilib.
