Qazaxıstanın “Kaztransoyl” neft-nəqliyyat şirkəti ilə Rusiyanın “Rosneft” şirkəti illik 10 milyon ton neftin Çinə nəql olunması ilə bağlı transit müqaviləsinə əlavə saziş imzalayıblar.
Debit.az xəbər verir ki, sazişlə transit müqaviləsinin müddəti 2034-cü ilə qədər uzadılıb.
Qeyd edək ki, Rusiya Federasiyası və Qazaxıstan hökumətləri arasında transit müqaviləsi 2013-cü ilin dekabrında bağlanıb.
2023-cü ilin əvvəlindən Rusiya Çinin ən böyük neft və qaz təchizatçısına çevrilib.