Dubay 2022-ci ildə yeni müəssisələrə birbaşa xarici investisiyalar üzrə dünya reytinqində liderliyini qoruyub saxlayıb.
Debit.az xəbər verir ki, bu barədə əmirliyin vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd Əl Məktum öz “Twitter” hesabında yazıb.
“Dubay illik müqayisədə 89,5% artım və 47 milyard dirhəm (təxminən 12,8 milyard ABŞ dolları) birbaşa xarici investisiya axını ilə ardıcıl ikinci ildir ki, dünyada birinci yerdədir”, – şahzadə bildirib.
Dubayda yeni layihələrə ən böyük investorlar ABŞ (20%), Böyük Britaniya (13%), Hindistan (12%), Fransa (5%) və İsveçrə (4%) olub.
“Arabian Business”in məlumatına görə, BƏƏ koronavirus pandemiyasının başlanmasından bəri birbaşa xarici investisiyaların artımı üzrə qlobal reytinqdə liderdir.
Səudiyyə Ərəbistanı və Qətər reytindqdə müvafiq olaraq ikinci və üçüncü qərarlaşıblar.
Xarici investisiya layihələrində ən böyük azalma Çin, Böyük Britaniya, Fransa və ABŞ-da qeydə alınıb.