Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi 9 milyard 852,1 milyon kVt/saat təşkil edib.
Debit.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
Nazir qeyd edib ki, bu müddət ərzində 1 milyard 244,1 milyon kVt/saat elektrik enerjisi ixrac olunub, idxal isə 41,1 milyon kVt/saat təşkil edib.
