“Böyük Yeddilik” (G7) və Avropa İttifaqı (Aİ) ölkələri Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Rusiyadan bütün boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.
Debit.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti G7-nin bəyanat layihəsinə istinadən məlumat yayıb.
Bu qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri qazının nəqlinin bərpasını qadağan edəcək. Bu sanksiyalar “bu tərəfdaşların gələcəkdə fikirlərini dəyişməməsi” üçün zəruridir.
Qərarın G7 ölkələrinin 19-21 may tarixlərində keçiriləcək Xirosima sammitində qəbul ediləcəyi gözlənilir.