ABŞ Konqresi borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, Birləşmiş Ştatlarda defolt iqtisadi fəlakətə gətirib çıxaracaq.
“Konqres borc tavanını qaldırmasa, bu, kredit reytinqimizi pisləşdirəcək. Biz maliyyə və iqtisadi fəlakətlə üzləşəcəyik”, – “Bloomberg” agentliyinı müsahibəsində ABŞ-ın maliyyə naziri Cannet Yellen deyib.
ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresi qanuni olaraq 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş dövlət borcu tavanını artırmağa çağırır.
Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası tavanın artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.
ABŞ xəzinədarlığı defoltdan qaçmaq üçün borclanma limitinə çatması ilə əlaqədar artıq təcili tədbirlər tətbiq edir.
ABŞ-ın dövlət borcunun tavanı ilk dəfə 1917-ci ildə Konqres tərəfindən tətbiq edilib.Bu limit xəzinədarlığa hökumətin işini maliyyələşdirmək üçün yeni dövlət istiqrazları buraxmağa imkan vermir.