Finlandiyanın enerji şirkəti “Fortum” Rusiyadakı öz törəmə şirkətinin səhmlərini Federal Əmlakın İdarə Olunması Agentliyinin müvəqqəti idarəçiliyinə verdikdən sonra 2 milyard avro ziyana düşüb.
Debit.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin ikinci rübündə şirkət Rusiya aktivlərinin dəyərdən düşməsindən 1,7 milyard avro itirəcək.
“Nəticədə, Rusiyaya investisiyalar, alınan dividendlər və xalis maliyyələşməni əhatə edən xalis pul itkisi təxminən 2 milyard avro təşkil edir. Bu, bizim Rusiyada xalis pul itkimiz kimi qiymətləndirilə bilər”, – şirkətin baş direktoru Markus Rauramo deyib.
Martın sonuna “Fortum”un ümumi kapitalı 9,8 milyard avro təşkil edib.