“Finex Kredit” bank olmayan kredit təşkilatı 2022-ci üzrə maliyyə nəticələrini açıqlayıb.
Debit.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Finex Kredit” BOKT ASC 2022-ci ili 421,4 min manat xalis zərərlə başa vurub. 2021-ci ili təşkilat 311,9 min manat xalis zərərlə başa vurmuşdu.
Hesabat dövründə müştərilərə verilən 3 milyon 318 min manat kreditdən 807 min manat faiz gəliri əldə edilib. Faiz xərcləri 510,6 min manat olan təşkilatın xalis faiz gəlirləri 296,4 min manat təşkil edib.
2022-ci ilin yekunlarına görə, “Finex Kredit” BOKT ASC – nin cəmi aktivləri 5 milyon 383 min manat, öhdəlikləri isə 4 milyon 931 min manat təşkil edib.
Təşkilatın cəmi kapitalı 451,8 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 49% azdır.