ABŞ – ın nəhəng bankı “Goldman Sachs” qadın əməkdaşlarının diskriminasiya iddialarını tənzimləmək üçün 215 milyon dollar ödəyəcək. Qadın işçilər bankı onlara aşağı əmək haqqı verməkdə və daha az imkanlar tanımaqda günahlandırırlar.
“On ildən çox davam edən gərgin məhkəmə prosesindən sonra hər iki tərəf bu problemi həll etmək üçün razılığa gəlib”, – “Goldman Sachs”ın insan kapitalının idarə edilməsi üzrə qlobal rəhbəri Jaklin Artur deyib.
Razılaşma uzun müddətdir davam edən kollektiv iddianın məhkəməyə çıxarılmasına bir ay qalmış bağlanıb və bankda işləyən təxminən 2800 qadını əhatə edəcək.
“Goldman Sachs” ödəniş planlarını və razılaşma çərçivəsində təşviq üsullarını nəzərdən keçirmək üçün kənar ekspertləri işə cəlb edəcək.
Bank qadın əməkdaşların ümumi vitse-prezidentlərin 40%-ni təşkil etməsi üçün 2025-ci ilə qədər daha yüksək vəzidələrdə işləyən qadınların sayını artırmaq niyyətindədir.
Qadınlar, həmçinin 2000-2011-ci illər arasında yüksək vəzifəli bankirlərin iştirakı ilə 75 cinsi təcavüz hadisəsi barədə məlumat veriblər. Bu iddialar diskriminasiya iddiasının bir hissəsidir.
“Goldman Sachs” cinsi təcavüz iddialarını inkar edir.
Hazırda 1400-ə yaxın qadının iştirak etdiyi məhkəmə prosesi iyun ayına təyin edilib.
BBC