Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti “Berkshire Hathaway” Çinin nəhəng elektromobil istehsalçısı olan “BYD Co.”da payını yenidən azaldıb.
Debit.az xarici KİV-ə istinadən xəbər verir ki, “Berkshire” 58,88 dollar dəyərində 1,96 milyon səhm sataraq, “BYD Co.”da payını 10,05%-dən 9,87 %-ə qədər azaldıb.
Bundan əvvəl “Berkchire” 2022-ci ilin yanvar, aprel və avqust aylarında “BYD” səhmlərini satmışdı. 2023-cü ilin yanvar ayında “Berkshire Hathaway” hər səhmin orta hesabla qiyməti 24,52 dollar olmaqla “BYD”in 1,058 milyon səhmini satmışdı. Yanvar ayında “Berkshire Hathaway”in “BYD”dəki payı 14,06%-dən 13,97%-ə (153,3 milyon səhm) düşmüşdü.
2021-ci ilin sonunda investisiya şirkətinin 225 milyon “BYD” səhmi var idi.