Kosmik turizm şirkəti “Virgin Galactic Holdings” iyunun sonunda kosmosa ilk kommersiya uçuşunu həyata keçirməyi planlaşdırır.
May ayındakı missiyanın kosmos uçuş sisteminin və astronavt təcrübəsinin kommersiya xidmətlərinə açılmazdan əvvəl son sınağı olacağını bəyan etdikdən sonra şirkətin səhmləri 4% bahalaşıb.
Milyarder Riçard Branson tərəfindən dəstəklənən şirkət ötən ilin may ayında tədarük zənciri böhranı və işçi çatışmazlığı səbəbindən kommersiya xidmətini 2023-cü ilin birinci rübünə qədər təxirə salmışdı.