Moldova hökuməti bir həftə ərzində Ukraynadan taxıl idxalını qadağan etməlidir.
Debit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moldova Kənd Təsərüfatı Qüvvələri Assosiasiyası bəyanat yayıb.
Bəyanatda deyilir ki, bir sıra Avropa ölkələrindən nümunə götürərək, Ukraynadan taxıl, qarğıdalı, günəbaxan və kolza idxalına qadağa qoyulmalıdır.
Moldovada demək olar ki, bütün kiçik və orta fermerlər iflas təhlükəsi ilə üz-üzədirlər. Ukraynadan rüsumsuz kənd təsərrüfatı məhsullarının axını və xərclərin artması ölkədə daxili kənd təsərrüfatı məhsullarını kəskin ucuzlaşdırıb. Fermerlər bununla əlaqədar hökümətdən maliyyə yardımı tələb edirlər.
Qeyd olunub ki, idxala qadağa qoyulmayacağı təqdirdə ölkədə kütləvi etirazlar başlaya bilər.