İtaliyanın yük maşını istehsalçısı olan “Iveco Group” şirkəti 2019-cu ildə ABŞ-ın “Nikola Corporation” şirkəti birgə yaratdığı, elektrik yük maşınlarının istehsalı üzrə ixtisaslaşmış müəssisənin tam mülkiyyət hüququnu alacaq.
Bu razılaşma ilə “İveco” ABŞ şirkəti ilə əlaqələrini zəiflədəcək.
Razılaşma çərçivəsində “Iveco” öz elektrik və yanacaq elementli yük maşınlarını inkişaf etdirmək üçün Avropa bazarını diqqətdə saxlayacaq, “Nikola” isə əməliyyatlarını Şimali Amerikaya yönəldəcək.
Iveco-nun məlumatında bildirilib ki, sövdələşmə şirkətin birinci rüb üçün mənfəət və zərər hesabatına 44 milyon avro məbləğində mənfi təsir göstərəcək. Şirkət birinci rüb üçün maliyyə nəticələrini həftənin dördüncü günü dərc edəcək.