Avropa və Asiyada kifayət qədər ehtiyatlar və mülayim qaz tələbi fonunda Avropada təbii qazın qiymətləri azalmağa davam edib.
İlin əvvəlindən bəri qiymətlər iki dəfə enib və 2022-2023-cü ilin mülayim istilik mövsümünün sonuna Avropanın qaz ehtiyatları son beşillik orta göstəricidən xeyli yüksəkdir.
“Gas Infrastructure Europe”un məlumatına görə, mayın 6-na Aİ-də anbarlar 61,40% dolu olub.
Çin, Yaponiya və Cənubi Koreyada tələbatın zəif olması iyun ayında Şimali Asiyaya tədarük olunacaq sıxılmış qazın spot qiymətlərinin son iki ilin ən aşağı səviyyəsinə enməsini şərtləndirib.
Avropanın təbii qaz qiymətləri ötən həftə 21 ayın ən aşağı səviyyəsinə enməsinə baxmayaraq, bölgə gələn qış üçün hələ də tədarük problemlərindən azad deyil.
Asiyada, xüsusən də Çində sıxılməş qaza tələbat artarsa, Avropa gələn qış ərəfəsində tədarüklə bağlı çətinliklərlə üzləşə bilər.