ABŞ prezidenti Co Bayden hava nəqliyyatında uçuşların gecikməsi və ya ləğvindən zərər çəkən sərnişinlərə kompensasiya verilməsi üçün yeni qaydalar tətbiq etmək istədiyini bildirib.
Qaydalar aviasiya şirkətlərinin pozuntuya görə məsuliyyət daşıdığı təqdirdə, biletlərin dəyərinin qaytarılması ilə bərabər, həmçinin sərnişinlərə əlavə ödəniş edilməsini də tələb edir.
Rəsmilərin sözlərinə görə, yeni qaydalar səyahət edənlərin gecikmə zamanı yaranan yemək və otel xərclərini qarşılamağı əhatə edə bilər.