Dünya ticarətində aktivlik müşahidə olunur.
Almaniyanın Kil Universitetinin hesablamalarına görə, qış mövsümündəki geriləmədən sonra aprel ayında dünya ticarətində aktivlik 1,5% artıb.
Almaniyaya idxal 2,2% artıb, ixrac isə 0,7% azalıb. Avropanın ən böyük iqtisadiyyatı 2023-cü il üçün ÜDM ( ümumi daxili məhsul – debit.az) artımı proqnozunu iki dəfə artıraraq, yanvarın sonundakı 0,2% – dən 0,4% – ə yüksəldib.
Araşdırmalar göstərir ki, ABŞ hər iki göstəricidə artım qeydə alınan yeganə böyük region olub – ixrac 0,6%, idxal isə 3,4% artıb. FES-in (Federal Ehtiyatlar Sistemi -debit.az) faiz dərəcələrinin ev təsərrüfatları və bizneslər üzərində qiymət təzyiqlərini azaltması fonunda dünyanın ən böyük iqtisadiyyatında mart ayında inflyasiya yenidən yavaşlayıb.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində aprel ayında ixracda 1,3% azalma qeydə alınıb, idxal isə 0.5% artıb.
Dünya miqyasında göndərilən standart konteynerlərin həcmi də aprel ayında bir qədər artaraq gündə təxminən 14 milyon ədədə çatıb ki, bu da son həftələrin yüksəliş tendensiyasını təsdiqləyir. 2022-ci ilin oktyabrında zəif qış mərhələsi başlayandan bəri, dünya üzrə konteynerlərdə göndərilən malların həcmi təxminən 3% bərpa olunub.
Bununla belə, bu, 2022-ci ilin eyni ayında dünya ticarətində qeydə alınan 2,1% – lik artımdan azdır.
Qlobal ticarət Covid-19 pandemiyasının təsirindən çıxsa da, o vaxtdan bəri çoxsaylı makroiqtisadi və geosiyasi problemlərlə, o cümlədən çoxillik inflyasiya, mərkəzi bankların ardıcıl faiz dərəcələri artımları və Rusiya-Ukrayna müharibəsinin mənfi təsiri ilə üz-üzədir.