Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” bazar günü bir saatlıq, bazar ertəsi isə təxminən üç saatlıq “Bitcoin” çıxarılmasını dayandırıb.
Şirkət yaranmış problemi blokçeyn fermalarının hesablama gücündə son vaxtlar artan ödəniş həcmlərinin nəzərdə tutulmaması ilə əlaqələndirir.
Birjanın fəaliyyətində yaranmış fasilədən sonra “Coinbase” 3,6%, blokçeyn fermalarının operatoru “Bitfarms Ltd” isə 5,1% ucuzlaşıb. “Riot Platforms”, “Marathon Digital” və “Hut 8 Mining” daxil olmaqla kriptovalyuta mədənçilərinin səhmlərinin qiyməti 5,3% -6,6% enib.